• İQTİSADİYYAT

    17:20 11 aprel 2019

Azərbaycanda müasir heyvan kəsimi məntəqələrinin sayı artırılır

Azərbaycanda müasir heyvan kəsimi məntəqələrinin sayı artırılır. Qida Təhlükəsizliyi Agentliyindən ONA-ya verilən məlumata görə, növbəti müasir heyvan kəsimi və ət satışı məntəqəsi Ağdaş rayonunda yeni bazar ərazisində fəaliyyətə başlayıb.

Məntəqədə gün ərzində 150-ə yaxın iri və xırdabuynuzlu heyvan kəsimini həyata keçirmək mümkündür. Eyni zamanda məntəqədə 20 satış yeri var ki, qəssablar satışı bu məntəqələrdə həyata keçirə bilərlər.

Məntəqədə kəsimdən öncə heyvanlar baytar həkim tərəfindən müayinə olunur, kəsimdən sonra isə ət baytarlıq-sanitariya ekspertizası və laborator müayinədən keçirilir. Yalnız bundan sonra ətin satışına icazə verilir.

Agentlik tərəfindən aparılan təbliğat və təşviqat işləri, eyni zamanda yerli icra strukturlarının əməli köməkliyi nəticəsində bu tipli heyvan kəsimi və ət satışı məntəqələrinin yaxın gələcəkdə ölkə üzrə bütün rayonlarda sayının artırılması nəzərdə tutulub.

Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir. Qida Təhlükəsizliyi Agentliyi bir daha sahibkarları müasir heyvan kəsimi fəaliyyəti sahəsində aktiv fəaliyyətə dəvət edir və bu istiqamətdə Agentliyin mütəxəssisləri tərəfindən müraciət edən sahibkarlara peşəkar və metodiki köməkliklərin göstəriləcəyi bildirilir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR