• İQTİSADİYYAT

    12:07 15 may 2019

Azərbaycanda muzdla çalışanların orta aylıq nominal əmək haqqı 8,5% artaraq 577 manatı ötüb

Bu il aprelin 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 1 580,8 min nəfər olub, onlardan 896,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 684,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

ONA-nın Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 21,2%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,9%-i tikinti, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Cari ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5% artaraq 577,6 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR