"Gələn ay Azərbaycanda beynəlxalq narkotiklərlə mübarizə ilə bağlı böyük konfrans keçiriləcək". ONA xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisinin birinci müavini Güloğlan Muradlı bildirib.
Onun sözlərinə görə, aprelin 15-dən 17-dək davam edəcək konfrans beynəlxalq narkotiklərlə mübarizə ilə bağlı sayca 36-cı konfrans olacaq: "Tədbirdə Dövlət Gömrük Komitəsi təşkilatçı olmaqla Azərbaycan və Amerikanın Narkotiklərlə Mübarizə Administrasiyanın təşkilatçılığı ilə keçiriləcək. Konfransda dünyanın 130 ölkəsindən narkotiklərlə mübarizə aparan nümayəndələr toplaşacaq".