Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə mədənçıxarma sektorunda neft hasilatı planlaşdırılmış təmir işləri ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” yatağının "Mərkəzi Azəri" platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən 3% azalıb, əmtəəlik qaz hasilatı isə 43,5% artıb.