• İQTİSADİYYAT

    17:48 22 oktyabr 2019

Azərbaycanda neft hasilatı artacaq - PROQNOZ

Azərbaycanda 2023-cü ildə 38 634,4 min ton neft hasil ediləcək ki, bu da 2019-cu il üçün verilən proqnozla müqayisədə 2,3% çoxdur.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində verilən proqnoza əsasən, 2019-cu ildə ölkədə 37 752,3 min ton neft hasil ediləcək, 2020-ci ildə isə bu göstərici 37 712,8 min ton səviyyəsində olacağı proqnozlaşdırılır.

Sənədə əsasən, 2021-ci ildən Azərbaycanda neftin hasilatında artım müşahidə olunacaq. Belə ki, həmin il ölkədə artıq 38 246,2 min ton, 2022-ci ildəsə 38 520,6 min ton neftin hasilatı proqnozlaşdırılır.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 38 810,4 min ton neft istehsal edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR