Bu ilin yanvar-iyul aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,1 milyard manat olmaqla, əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 0,4% artıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 22,0 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 14,0 milyard kub metr təşkil edib. Neft hasilatı 2,5% azalıb, qaz hasilatı isə 34% artıb.