Bu ilin yanvar-aprel aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1019,1 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% azalıb.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində neft məhsullarından avtomobil benzininin istehsalı 4% azalıb, yanacaq mazutunun, dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.
Neft məhsullarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:
Məhsul növləri |
2019-cu ilin yanvar-aprel aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
Avtomobil benzini, min ton |
397,7 |
96,0 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
104,2 |
141,8 |
Ağ neft, min ton |
196,5 |
102,6 |
Dizel yanacağı, min ton |
682,0 |
102,1 |
Yanacaq mazutu, min ton |
25,7 |
109,4 |
Sürtkü yağları, min ton |
5,4 |
30,0 |
Neft bitumu, min ton |
49,2 |
57,8 |
Neft koksu, min ton |
81,8 |
92,8 |