• İQTİSADİYYAT

    17:40 5 mart 2019

Azərbaycanda nəqliyyat yükdaşımaları 1,5% artıb

2018-ci il ərzində bütün növ nəqliyyat vasitələri ilə 229,9 milyon ton və ya 2017-ci illə müqayisədə 1,5 faiz çox yük daşınıb.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Ötən il ərzində ümumi yük dövriyyəsi əvvəlki ilə nisbətdə 1,3 faiz artaraq 93,2 milyard ton təşkil edib. Yüklərin 149,4 milyon tonu avtomobil nəqliyyatı, 13,7 milyon tonu dəmir yolu, 8,2 milyon tonu su, 0,2 milyon tonu hava nəqliyyatı ilə daşınıb, 58,4 milyon tonu isə boru kəmərləri ilə nəql edilib.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi əvvəlki ilə nisbətən 0,1 faiz azalaraq 52,7 milyon tona bərabər olub. Daşınan tranzit yüklərin həcmi isə 9,3 milyon ton təşkil edib. Dəniz limanında 9,9 milyon ton yükəmə-boşaltma əməliyyatları aparılıb.

Hesabat ilində 2002,8 milyon nəfər və ya əvvəlki ilə nisbətdə 1,5 faiz çox sərnişin daşınıb, ümumi sərnişin dövriyyəsi isə 1,3 faiz azalaraq 33 036,9 milyon sərnişin təşkil edib. Sərnişinlərin 1766,6 milyonu avtomobil nəqliyyatı, 231 milyonu metro, 2,4 milyonu hava, 2,8 milyonu dəmir yolu və 15,7 mini su nəqliyyatı ilə daşınıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR