Bu ilin birinci rübü ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı 1,7% artıb. ONA-nın xəbərinə görə, bu barədə "Global Stats" statistik mərkəzin hesabatında bildirilir.
Noutbukların bazar payı aprelin 1-nə 55,4% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% azdır.
Mərkəzin məlumatına əsasən, cari ilin ilk üç ayı ərzində ölkə üzrə stolüstü kompüterlərin bazar payı ilin əvvəlinə nisbətən 2% azalaraq aprel ayının 1-nə 42,8% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisini 12,7% üstələyir.
Hesabatda mart ayının sonuna planşet kompüterlərin bazar payı 1,7% olub. Bu seqment üzrə ilin əvvəlindən 5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 31,6% azalma müşahidə olunub.