• İQTİSADİYYAT

    11:05 24 aprel 2019

Azərbaycanda ötən il 3 mln. tona yaxın tullantı əmələ gəlib

Ötən il Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2 896,1 min ton və ya əvvəlki illə müqayisədə 5,1% çox tullantı əmələ gəlib. Bu tullantıların 60,6%-i bərk məişət tullantıları, 39,4%-i isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar olub.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il yaranmış 1 756,1 min ton bərk məişət tullantılarının 31,2%-i enerji əldə edilməsi məqsədilə istifadə olunub.

Məişət tullantılarından istifadə hesabına 162,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 51%-ni təşkil edib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 27,7%-i istifadə edilib, 16,2%-i ölkə daxilində satılıb, 0,9%-i ixrac olunub, 12,4%-i zibilxanalara atılıb, 42,8%-i isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 338,7 min ton və ya əvvəlki illə müqayisədə 27,3% çox təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 11,7% olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 64,2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların 49,9%-i mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşüb.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR