Bu ilin ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 8,8 mlrd. manata bərabər olub.
ONA-ın Dövlət Statistika Komitəsınə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin 4 472,1 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 371,0 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4% və 3,1% artıb.
Hesabat rübündə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2018-ci ilin yanvar-mart aylarınanisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
8 843,1 |
102,7 |
o cümlədən: |
|
|
ərzaq məhsulları |
4 019,2 |
102,5 |
içkilər və tütün məmulatları |
452,9 |
101,3 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
1 563,8 |
103,0 |
elektrik malları və mebellər |
525,7 |
102,6 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
65,1 |
102,9 |
əczaçılıq və tibbi mallar |
110,5 |
103,5 |
avtomobil yanacağı |
493,2 |
101,9 |
digər qeyri-ərzaq məhsulları |
1 612,7 |
103,6 |
Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,5%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 18,7%-i ticarət müəssisələri, 48,9%-i fərdi sahibkarlar tərəfindən, 32,4%-i isə bazar və yarmarkalarda satılmışdır. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,8% artıb, fərdi sahibkarlar üzrə 1,2%, bazar və yarmarkalarda 3,5% azalıb.
Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.