Bu ilin aprelin əvvəlinə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1,558 mlrd. manat təşkil edib.
ONA-nın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, problemli kreditlərin həcmi cari ilin fevralın əvvəli ilə müqayisədə 1,1%, ilin əvvəli ilə müqayisədə 1,7%, ötən il analoji dövrü ilə müqayisədə isə 8,9% azalıb.
Qeyd edək ki martın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 11,9% təşkil edib.