• İQTİSADİYYAT

    16:01 11 mart 2019

Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Azərbaycan Mərkəzi Bankı (AMB) vaxtı keçmiş kreditlərin məbləğini açıqlayıb.

AMB-dən ONA-ya verilən məlumata görə, 2017-ci ilin noyabr ayında vaxtı keçmiş kreditlərin məbləği 1,890 mlrd. manat, 2018-ci ilin dekabr ayında vaxtı keçmiş kreditlərin məbləği 1,585 mlrd. manat, 2019-cu ilin yanvar ayında isə bu göstərici 1,569 mlrd. manat olub.

Göründüyü kimi, bu ilin yanvar ayına vaxtı keçmiş kreditlərin məbləği 15 milyon manat azalıb.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR