• İQTİSADİYYAT

    17:38 5 aprel 2019

Azərbaycanda pul bazası azalıb

Azərbaycanda pul bazası aprel ayının 1-nə 8 mlrd. 946,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 524,7 mln. manat və ya 5,54% azalma deməkdir.

Azərbaycan Mərkəzi Bankından (AMB) ONA-ya verilən məlumata görə, fevral ilə müqayisədə mart ayında Azərbaycanda pul bazası 67,8 mln. manat və ya 0,75% azalıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR