• İQTİSADİYYAT

    14:37 2 aprel 2019

Azərbaycanda qaz hasilatı 19%-dək artacaq - PROQNOZ

Təsdiq olunmuş yanacaq-enerji balansına əsasən, 2019-cu ildə Azərbaycanda 36 298,8 mln. kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. Bu barədə ONA-nın sorğusuna cavab olaraq Azərbaycan Energetika Nazirliyindən bildirilib.

Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2018-ci ildə ölkədə 30 592,2 mln. kubmetr qaz istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,1% çoxdur.

Azərbaycanda hasil edilən qazın əsas hissəsi "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz blokunun payına düşür.

"Bu il AÇG-də təmir üçün iki platformanın işinin dayandırılması nəzərdə tutulduğuna baxmayaraq, bu proses yanacaq-enerji balansının nəzərdə tutulan qaz hasilatı üzrə olan proqnoz göstəricilərinə təsir etməyəcək", - deyə Nazirlikdən bildirilib.

Qeyd edək ki, "Şahdəniz-2" layihəsinin həyata keçirilməsi Azərbaycanda qaz hasilatının artmasına öz tövhəsini verir. Belə ki, ötən il "Şahdəniz" yatağından 11,5 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2017-ci ilin göstəricisindən 13% çoxdur.

Emil

Teqlər:

SON XƏBƏRLƏR