• İQTİSADİYYAT

    10:56 1 may 2019

Azərbaycanda qazlaşma səviyyəsi 95%-ə çatıb

Hazırda Azərbaycan üzrə qazlaşma səviyyəsi 95%-ə çatıb və bu istiqamətdə işlər davam etdirilir. ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində qazpaylama infrastrukturu olmayan ərazilərdə qazpaylama şəbəkəsinin yaradılması və modelləşdirilməsi üçün baş plan hazırlanıb.

Bundan başqa, əhalinin fasiləsiz içməli su ilə təminatı ölkə üzrə 69%-ə, Bakı üzrə isə 81,5%-ə yüksəlib.

"Bu gün, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta qonşu ölkələrə də elektrik enerjisi ixrac edir", - deyə V. Qasımlı qeyd edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR