Bu ilin yanvar-mart aylarında Azərbaycanda 314,1 min ton çörək və çörək-bulka məmulatları istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə nisbətdə 1.7% çoxdur.
Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə əsasən, bu ilin birinci rübündə ölkədə 79,9 min ton ət (quş əti daxil olmaqla) istehsal edilib (2,7% artım).
Bundan başqa, yanvar-mart aylarında Azərbaycanda qənd və şəkər tozu istehsalı 8,6 dəfə artaraq 58,3 min ton təşkil edib.
Qida məhsullarının üzrə əsas məhsul növlərinin istehsalı:
Məhsul növləri |
2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.04.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
Ət (quş əti daxil olmaqla), min ton |
79,9 |
102,7 |
- |
Kolbasa məmulatları, ton |
1 975,4 |
133,5 |
3,7 |
Üzlü süd, min ton |
236,3 |
102,8 |
- |
Qaymaq və xama, ton |
1 189,2 |
100,2 |
- |
Pendir və kəsmik, ton |
12 753,1 |
102,1 |
53,8 |
Kərə yağı, ton |
5 866,1 |
99,6 |
5,7 |
Cem və marmeladlar, ton |
19 225,7 |
106,5 |
7 494,4 |
Duru bitki yağları, ton |
13 113,4 |
107,8 |
3 040,1 |
Marqarin, ton |
11 170,7 |
96,1 |
397,8 |
İnsanın qidalanması üçün yararlı olan duz, min ton |
13,6 |
111,5 |
0,9 |
Qənd və şəkər tozu, min ton |
58,3 |
8,6 d. |
14,1 |
Çörək və çörək-bulka məmulatları, min ton |
314,1 |
101,7 |
- |