• İQTİSADİYYAT

    11:51 3 may 2019

Azərbaycanda qida təhlükəsizliyi üzrə özəl laboratoriyalar yaradıla bilər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən özəl laboratoriyaların yaradılmasında maraqlıdır. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AQTA-nın sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, ilk növbədə həmin laboratoriyalar müvafiq beynəlxalq standartlaşmadan keçməlidirlər ki, bundan sonra istər heyvan sağlamlığı, istər bitki, istərsə də qida təhlükəsizliyi sahəsində ekspertizalarla məşğul ola bilərlər.

"Agentliyin ölkə üzrə bu gün 21 laboratoriyası fəaliyyət göstərir. Biz daima özəl strukturlara və digər müvafiq təşkilatlara müraciət edərək bildiririk ki, ölkədə özəl qida laboratoriyaları fəaliyyətə başlasın", - deyə Q. Təhməzli bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR