Bu ilin I rübü ərzində Azərbaycanın qiymətli kağızlar bazarında ümumilikdə 5 663,5 mln. manat həcmində əməliyyat aparılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından ONA-ya verilən məlumata görə, əməliyyatların 73,2%-i (4 144,8 mln. manat) ilkin bazarda, 26,8%-i (1 518,7 mln. manat) isə təkrar bazarda aparılıb. Belə ki, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızların ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% (1 103,2 mln. manata) artıb.