• İQTİSADİYYAT

    16:18 3 aprel 2019

AİB: Manatın sabit məzənnəsi özəl sektorun kreditləşdirilməsinə təkan verəcək

Növbəti iki il ərzində Azərbaycan Mərkəzi Bankının iki məqsədə əsas önəm verəcəyi gözlənilir: məzənnənin sabitliyinin qorunması və inflyasiyanın 5% səviyyəsində məhdudlaşdırılması.

ONA-nın Asiya İnkişaf Bankının (AİB) 2019-cu il üçün Asiya İnkişaf Proqnozuna istinadən verdiyi məlumata görə, sabit məzənnənin özəl sektorun kreditləşdirilməsinin inkişafına təkan verəcəyi ehtimal olunur. AİB-in hesabatına görə, inflyasiya hədəfinə nail olunduğu təqdirdə Mərkəzi Bankının uçot dərəcəsini daha da azaldacağı ehtimal oluna bilər. Eyni zamanda, fiskal siyasətin ekspansiyalı xarakterinin güclənəcəyi gözlənilir.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR