Azərbaycanda sahibkarlar və işəgötürənlər haqqında qanun layihəsi hazırlanıb.
ONA-nın xəbərinə görə bunu “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda təşkil olunan tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
Onun sözlərinə görə, bu qanun sahibkarların və sahibkarlar təşkilatlarının tənzimlənməsinə yönəldilib.
"Gələcəkdə belə qanunun qəbul olunması Azərbaycanda özəl sektorun və bu sektorla dövlət arasında dialoqun qurmasında çox vacib rol oynaya bilər", - deyə M. Musayev bildirib.