• İQTİSADİYYAT

    11:21 15 may 2019

Azərbaycanda sahibkarlara bu günə kimi 2,3 mlrd. manat məbləğində güzəştli kredit verilib

Azərbaycan İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günədək 36 min sahibkarlıq subyektinə ümumi dəyəri 5,5 mlrd. manat olan layihələrə 2,3 mlrd. manat güzəştli kreditlər verilib.

ONA-nın xəbərinə görə bunu “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda təşkil olunan tədbirdə çıxış edən Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu maliyyələşdirilmiş layihələrin 1 mlrd. manatı dövlət büdcəsindən ayrılmış vəsaitdir, 1,3 mlrd. manatı isə məhz geri qaytarılan vəsaitlər hesabına təmin olunub.

"Yəni son 3 il ərzində Sahibkarlığın İnkişaf Fonduna dövlət büdcəsindən maliyyələşmə ayrılmır. Bu da o deməkdir ki, real sektora qoyulan investisiyalar öz nəticəsini verməkdədir və geri qaytarılan vəsaitlər növbəti investisiya layihələrin maliyyələşdirilməsinə yönəldilir", - deyə nazir müavini qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR