• İQTİSADİYYAT

    12:01 1 may 2019

Azərbaycanda sahibkarlara xidmətlər "e-KOB evi" vasitəsilə göstəriləcək

"KOB dostları"nın fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəlib. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilərək onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq edilməkdədir. ONA xəbər verir ki, bunu "KOB evi"nin layihəsinin təqdimatı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, "KOB evləri"nin yaradılması ilə isə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə böyüyəcək. Bu evlərdə bir tərəfdən sahibkarlara verilən bütün icazələrin vahid məkan prinsipi əsasında şəffaf, operativ şəkildə verilməsi təmin ediləcək, digər tərəfdən sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaq.

Növbəti mərhələdə bu xidmətlər elektron platforma üzərindən "e-KOB evi" vasitəsilə həyata keçiriləcək və "non-stop-shop" prinsipi ilə reallaşacaq.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR