• İQTİSADİYYAT

    16:37 6 sentyabr 2023

Azərbaycanda Sığorta Agentliyinin lisenziyası ləğv edilib

“Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta agenti fəaliyyətinə verilmiş 29 fevral 2016-cı il tarixli, 088992 nömrəli lisenziya ləğv edilib.

Azərbaycan Mərkəzi Bankından ONA-ya verilən məlumata görə, lisenziya qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 30 avqust 2023-cü il tarixli qərarı ilə ləğv edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR