• İQTİSADİYYAT

    11:24 8 aprel 2019

Azərbaycanda "Startap günləri”nə start verilib

Azərbaycanın 10 təhsil müəssisəsində "Startap günləri”nə start verilir. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

Onun sözlərinə görə, tədbir paytaxt Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Naxçıvanın bir sıra universitetində icra olunacaq: "Tədbir təxminən 3 ay müddətində reallaşacaq. Hər bir tədbir 2 gün ərzində keçiriləcək və yekun olaraq komandalar formalaşacaq ki, onlar öz layihələrinin ilkin prototiplərini təqdim edəcəklər. İlk tədbir bu həftə Azərbaycan Texniki Universitetində keçiriləcək. "Startap günləri”nin yekununda layihələrin iştirakı ilə iyun ayında ümumrespublika konfransı təşkil olunacaq”.

O. Gündüz onu da əlavə edib ki, ümumiyyətlə, "Startap günləri" çərçivəsində təxminən 500-ə yaxın tələbənin iştirakı gözlənilir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR