• İQTİSADİYYAT

    15:01 3 aprel 2019

Azərbaycanda sterilizasiya qurğusu mayda işə salınacaq

Azərbaycanda sterilizasiya qurğusunun istifadəyə verilməsi cari ilin may ayında nəzərdə tutulub. Bunu ONA-ya Nüvə Tədqiqatları Mərkəzindən deyiblər.

Qeyd olunub ki, sterilizasiya qurğusunun işə salınması üçün zəruri olan izotoplar artıq ölkəyə gətirilib və xüsusi saxlama kamerasına yerləşdirilib.

“Bundan əlavə, qurğunun işə salınması üçün digər lazımi avadanlıqlar da ölkəyə gətirilib və hazırda bununla bağlı gömrük rəsmiləşdirmə işləri aparılır. Avadanlıqlar izotop istehsalçısı olan Macarıstan İzotop İnstitutunun mütəxəssisləri tərəfindən quraşdırılacaq. Bu işlərə təxminən aprelin ayının ortalarında başlanılacaq. İlkin məlumata görə, izotopların sterilizasiya qurğusuna yüklənilməsi mayın axırında başlanacaq. Kalibrləmə işləri bitdikdən sonra isə qurğu işə salınacaq”, - deyə Mərkəzdən bildiriblər.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ölkədə sterilizasiya qurğusunun tikintisi layihəsi ilə tanışdır və Agentlik Azərbaycanda digər layihələrin də həyata keçirilməsinə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Sterilizasiya qurğusu Qobu qəsəbəsində Nüvə Tədqiqatları Mərkəzinin balansında olan ərazidə yerləşir. Qurğu mikrobların məhv edilməsi üçün qamma-şualandırma metodunu tətbiq etməyə imkan verir, bu isə öz növbəsində kənd təsərrüfatı məhsulları (taxıl, ət məhsulları, quru meyvə, kartof və s.), həmçinin tibbi preparatların saxlanılma müddətini artırır.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR