• İQTİSADİYYAT

    12:49 4 may 2019

Azərbaycanda stolüstü kompüterlərin bazar payı artıb

Bu ilin yanvar-aprel ayları ərzində stolüstü kompüterlərin Azərbaycanda bazar payı 8,1 faiz bəndi artıb. ONA-nın xəbərinə görə, bu barədə "Global Stats" statistik mərkəzin hesabatında bildirilir.

Stolüstü kompüterlərin bazar payı mayın 1-nə 51,8% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz bəndi çoxdur.

Mərkəzin məlumatına əsasən, cari ilin dörd ayı ərzində ölkə üzrə portativ kompüterlərin (noutbuk və netbukların) bazar payı ilin əvvəlinə nisbətən 7,8 faiz bəndi azalaraq may ayının 1-nə 46,6% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 18,8% azdır.

Hesabatda mayın 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,5% təşkil edib. Bu seqment üzrə ilin əvvəlindən 0,26 faiz bəndi, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,95 faiz bəndi azalma müşahidə olunub.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR