• İQTİSADİYYAT

    13:40 1 iyun 2019

Azərbaycanda stolüstü kompüterlərin satışı artıb

Bu ilin may aylı ərzində stolüstü kompüterlərin Azərbaycanda bazar payı 1,3 faiz bəndi artıb.

ONA-nın xəbərinə görə, bu barədə "Global Stats" statistik mərkəzin hesabatında bildirilir.

Stolüstü kompüterlərin bazar payı iyunun 1-nə 45,9% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz bəndi çoxdur.

Mərkəzin məlumatına əsasən, cari ilin may ayı ərzində ölkə üzrə portativ kompüterlərin (noutbuk və netbukların) bazar payı aprel ayı ilə müqayisədə 0,9 faiz bəndi azalaraq iyun ayının 1-nə 52,5% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 8 faiz bəndi azdır.

Hesabatda iyun ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,51% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə isə 37 faiz bəndi azdır. Bu seqment üzrə may ayı ərzində (aprel ayı ilə müqayisədə) 7,3 faiz bəndi azalma müşahidə olunub.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR