Bu ildən etibarən Azərbaycanda yalnız sertifikatlı toxum əkən fermerlərə subsidiyalar veriləcək. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, yəni hektardan asılı olaraq subsidiyalar verilməsi artıq aradan qalxacaq: "Subsidiyalar yalnız sertifikatlı toxum əkənlərə veriləcək və bununla bağlı artıq maarifləndirmə işləri aparılır".