Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri 5% artaraq 240,1 milyon manat təşkil edib.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, tikinti kərpicinin istehsalı 69,8%, tikinti əhənginin istehsalı 41,5%, hörmə üçün hazır beton qarışığının istehsalı 11,7%, sementin istehsalı 5,2% artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 52,5%, tikinti gipsinin istehsalı 61,8% azalıb.
Tikinti materiallarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı
Məhsul növləri |
2019-cu ilin yanvar-aprel aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.05.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
Sement, min ton |
996,3 |
105,2 |
94,9 |
Tikinti gipsi, min ton |
1,9 |
38,2 |
2,1 |
ondan əmtəəlik |
1,9 |
82,9 |
2,1 |
Tikinti əhəngi, min ton |
13,1 |
141,5 |
0,9 |
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton |
44,0 |
173,7 |
34,0 |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
14,1 |
47,5 |
5,5 |
Asfalt, min ton |
80,6 |
2,2 d. |
- |
Tikinti kərpici, min kub metr |
135,1 |
169,8 |
17,5 |
Hörmə üçün hazır beton qarışığı, min ton |
423,3 |
111,7 |
- |
Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton |
7 654,7 |
153,3 |
358,5 |