Bu ilin birinci rübündə Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,5% artaraq 121,3 mln. manat təşkil edib.
Bu barədə ONA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-mart aylarında tikinti kərpicinin istehsalı 60,7%, tikinti əhənginin istehsalı 52,7 faiz, sementin istehsalı 21,6 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 7,8 faiz artmış, tikinti gipsinin istehsalı 57,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 56,8 faiz azalıb.
Tikinti materiallarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:
Məhsul növləri |
2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.04.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
Sement, min ton |
704,7 |
121,6 |
91,3 |
Tikinti gipsi, min ton |
1,4 |
42,7 |
2,1 |
ondan əmtəəlik |
1,4 |
105 |
2,1 |
Tikinti əhəngi, min ton |
10,1 |
147,7 |
2,2 |
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton |
33,6 |
197,7 |
28,6 |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
9,9 |
43,2 |
5,2 |
Asfalt, min ton |
37,2 |
2,1 d. |
- |
Tikinti kərpici, min kub metr |
94,8 |
160,7 |
17,5 |
Hörmə üçün hazır beton qarışığı, min ton |
283,5 |
107,8 |
- |
Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton |
4 041,3 |
151,3 |
358,5 |