Bu ilin yanvar-mart aylarında Azərbaycanda törəmə alətlər bazarında 28 743 əqd üzrə 1 089,6 mln. manatlıq əməliyyat aparılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından ONA-ya verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə əqdlərin sayında artım qeydə alınsa da törəmə alətlər bazarının həcmi 2,3 dəfə azalıb.
Hesabat dövründə əmtəə əsaslı fərq müqavilələrinin həcmi 3,1 dəfə azalaraq 85,7 mln. manat, valyuta əsaslı fərq müqavilələrinin həcmi isə 2,3 dəfə azalıb.