Azərbaycanda vençur fondlarının yaradılması ilə bağlı qanun layihəsi hazırlanır. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının rəhbəri Tural Kərimli deyib.
Onun sözlərinə görə, sənədin yaxın zamanlarda qəbul olunması gözlənilir.
"Qanunvericilik ölkədə startapların maliyyələşdirilməsinə və vençur investisiyalarının inkişafına səbəb olacaq. Hazırda bir çox xarici investisiya qurumu var ki, onlar Azərbaycanda müştərək investisiya fondları yaratmaqda maraqlıdırlar və biz onlarla danışıqlar aparırıq", - deyə T. Kərimli qeyd edib.