Azərbaycanda vençur maliyyələşdirilməsinə dair qanunvericilik bazası yaradılır.
Bunu ONA-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçilik və informasiya cəmiyyətinin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə görülən işlər çərçivəsində işçi qruplar yaradılıb ki, onların tərkibində bir necə nazirliklər nümayəndələri daxildir.
"Düşünürəm ki, bu sahədə yaxın zamanlar nailiyyətlər əldə olunacaq. Vençur fondlarının yaradılması çərçivəsində özəl şirkətlər cəlb olunacaq. Əlbəttə, dövlət sərmayələri prosesə yalnız impuls verə bilər, lakin bu sahədə əsas rol özəl sektorun payına düşür", - deyə R. Əzizov qeyd edib.