• İQTİSADİYYAT

    12:42 16 aprel 2019

Azərbaycanda vergi ödəyiciləri “Asan İmza”nı bir mobil nömrədən digərinə keçirə bilərlər

Vergi ödəyiciləri xidmət mərkəzlərinə müraciət edərək “Asan İmza”nı bir mobil nömrədən digərinə keçirə bilərlər. ONA-nın xəbərinə görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, texniki olaraq bu məsələ artıq həllini tapıb.

"Digər bir məsələ hüquqi şəxsin işçiləri ilə bağlıdır ki, bu da çox önəmli bir məsələdir. Çünki əvvəlki hallarda belə idi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi “Asan İmza” ilə təsdiq etdikdən sonra bu məlumatları qəbul edirdi. İndi isə buna ehtiyac yoxdur. Belə ki, elektron ərizədə işçi ilə bağlı bütün məlumatlar doldurularkən birbaşa nazirliyin sisteminə ötürülür və həmin işçi artıq qeydiyyata alınmış hesab olunur", - deyə Ə. Məmmədov qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR