Bu ilin birinci rübündə Azərbaycanda 798,3 kv. metr xalça və xalça məmulatlar istehsal edilib.
Dövlət Statistika Komitəsindən ONA-ya verilən məlumatagörə, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.
Məlumatda qeyd olunur ki, ölkədə pambıq yataq ağlarının da istehsalı kəskin artıb. Belə ki, dövr ərzində 122,4 min ədəd pambıq yataq ağları istehsal edilib (10,1 dəfə artım).
Bundan başqa, yanvar-mart aylarında Azərbaycana 10,2 min ton pambıq iplik (2,1 dəfə çox), 4 334,9 min kv. metr (17,7% çox) hazır pambıq parçaları və 33,13 min ton pambıq lifi (53,7% çox) istehsal edilib