• İQTİSADİYYAT

    16:58 12 aprel 2019

Azərbaycanda yeni yeraltı qaz anbarı yaradıla bilər

SOCAR-ın Naxçıvan Muxtar Respublikasında (NMR) gələcəkdə duz yatağı bazasında yeraltı qaz anbarının yaradılması hələ də gündəmdədir.

ONA-nın SOCAR-dan olan etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, söhbət Naxçıvanın “Nehrəm” duz yatağı (“Tumbul” sahəsi) bazasında yeraltı qaz anbarının yaradılmasından gedir.

Azərbaycanın mavi yanacaq imkanları Naxçıvanın qaza olan tələbatının təmin edilməsinə tam imkan verir. Buna baxmayaraq, gələcəkdə, əsasən də qış aylarında yarana biləcək artıq tələbatı təmin etmək üçün əlavə ehtiyatın olması səmərəli olardı.

Mənbənin sözlərinə görə, yeraltı anbarın tutumu 150-200 mln. kubmetr ola bilər. Qaz anbarının yaradılması zamanı duzun yuyulması üsulundan istifadə etməklə keçirilə bilər. Yuyulma zamanı əldə olunan duz məhlulu emal olunaraq təkrar istifadə edilə bilər.

“Sahədə artıq bir neçə quyu qazılıb, kəşfiyyat işləri də aparılıb. Bu işlərin nəticəsinə əsasən, layların göstəriciləri orada anbarın yaradılması üçün uyğundur”, - deyə mənbə qeyd edib.

Layihənin nə zaman reallaşa biləcəyi barədə sualını mənbə cavablandırmayıb, lakin bu məsələnin gündəmdə qaldığını bildirib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR