• İQTİSADİYYAT

    17:25 30 may 2019

Azərbaycandakı banklar bu il 348 mln. manata yaxın xalis mənfəət əldə ediblər

Bu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərən bankların əməliyyat mənfəəti 288,4 mln. manat, xalis mənfəəti isə 347,9 mln. manat təşkil edib.

ONA-nın Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14,8%, kreditlər üzrə faiz gəlirləri isə 18,2% artıb.

Hesabat ayında bankların faiz gəlirləri 644 mln. manat, faiz xərcləri 187,7 mln. manat, qeyri-faiz gəlirləri 250,3 mln. manat, qeyri-faiz xərcləri 344,3 mln. manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 8,6 milyon manat, digər gəlirləri 21,7 mln. manat, mənfəət vergisi ödəmələri isə 27,5 mln. manat təşkil edib.

Hesabat dövründə fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı 2 544 olub. Bank sektorunun işçi heyətinin sayında artım aprel ayında da davam edib. Belə ki, 2019-cu ilin aprel ayında işçi sayı 1,3% və ya 233 nəfər artaraq 17 982 nəfər təşkil edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR