Bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən banklar nağd şəkildə xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri 1,4 mlrd. ABŞ dolları ekvivalentində olub.
ONA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ölkәnin xarici ticarәt dövriyyәsinin artması ilә әlaqәdar 2019-cu ilin birinci rübündә dә valyuta bazarının hәr iki seqmentindә - qeyri-nağd vә nağd valyuta bazarlarında әmәliyyatların hәcminin artması müşahidә edilib.
Qeyri-nağd valyuta bazarında aparılmış әmәliyyatların hәcmi 6,1 mlrd. dollar ekvivalentindә olub.
Dövr әrzindә qeyri-nağd valyuta bazarında әmәliyyatların 81,2%-i ABŞ dollarında, 18,8%-i digәr valyutalarda aparılıb.
Qeyri-nağd valyuta әmәliyyatlarının 38,4%-i banklararası valyuta bazarında (BVB), 61,6%-i isә bankdaxili valyuta bazarında (BDVB) aparılıb.
Hesabat dövründә BVB-dә ABŞ dolları ilә aparılmış әmәliyyatların 54,9%-i bankların valyuta mövqeyinin tәnzimlәnmәsi ilә әlaqәdar olub. BVB-dә valyuta әmәliyyatları üzrә
dövriyyә әsasәn “Bloomberg” platformasında aparılan әmәliyyatlar hesabına formalaşıb.
BDVB-dә valyuta әmәliyyatları-nın hәcmi 3,8 mlrd. dollar ekvivalentindә olub ki, bunun da 73%-ni ABŞ dolları ilә әmәliyyatlar tәşkil edib.
BDVB-dә valyuta әmәliyyatlarının 90,8%-i hüquqi şәxslәrlә aparılan valyuta әmәliyyatları tәşkil edib.
“Banklar tәrәfindәn nağd xarici valyutanın alqı-satqısı üzrә aparılmış әmәliyyatların hәcmi hesabat ilindә 1,4 mlrd. ABŞ dolları ekvivalentindә olub. Bunun 1,1 mlrd. dollarını vә ya 78,6%-ni ABŞ dolları ilә aparılmış әmәliyyatlar tәşkil edib”, - deyə AMB-nin məlumatında deyilir.