Bu ilin martın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 846,9 mln. manat, cəmi öhdəlikləri isə 25 533,2 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 313,7 mln. manat olub.
ONA-nın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, mart ayına sektorun aktivlərinin 42,6%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 0,7% (84,5 mln. manat) artaraq 12 714,4 mln. manat təşkil edib. Kredit portfeli cari ilin ilk rübündə 0,7% (86,1 mln. manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1,2% (93,2 mln. manat), rüb ərzində isə 2,7% (211,2 mln. manat) artaraq 7,983 mln. manata çatıb.
Sektorun balans kapitalı mart ayı ərzində 1,7% (70,9 mln. manat) artaraq 4 313,7 mln. manata çatıb. Bu göstərici cari ilin ilk rübündə 5,9% (241,9 mln. manat) artıb.
Mart ayında bankların əməliyyat mənfəəti 179,1 mln. manat, xalis mənfəəti isə 123,9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 12.9%, kreditlər üzrə faiz gəlirləri isə 19,5% artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2 535 olub. Bank sektorunun işçi heyətinin sayında artım mart ayında da davam edib. Belə ki, 2019-cu ilin mart ayında işçi sayı 0,4% (66 nəfər) artaraq 17 749 nəfər təşkil edib.