Bu ilin aprelin 30-na Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 769,1 mln. manat, cəmi öhdəlikləri isə 25 349,3 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4, 419.8 mln. manat olub. Bu göstərici ötən il eyni tarixi ilə müqayisədə 7,7% artıb.
ONA-nın Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, aprel ayına sektorun aktivlərinin 42,6%-ni kredit portfeli təşkil edib. Ay ərzində xalis kredit portfeli 0,3% (30,3 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12 674,8 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1,4% (110,9 mln. manat) artaraq 8 093,9 mln. manata çatıb.
Sektorun balans kapitalı aprel ayı ərzində 2,5% (106,1 mln. manat) artaraq 4 419,8 mln. manata çatıb.