• İQTİSADİYYAT

    11:51 8 may 2019

Azərbaycandakı bankların xalis mənfəəti ilin birinci rübündə 124 mln. manata yaxın olub

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı bankların xalis mənfəəti 123,9 mln. manat təşkil edib.

ONA-nın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, hesabat dövründə bankların faiz gəlirləri 483,2 mln. manat, faiz xərcləri 140,7 mln. manat, qeyri-faiz gəlirləri 145,2 mln. manat, qeyri-faiz xərcləri 248,9 mln. manat, əməliyyat mənfəəti 179,1 mln. manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 122,8 mln. manat, digər gəlirləri 23,4 mln. manat, mənfəət vergi ödənilənədək mənfəət 139,4 mln. manat, mənfəətdən vergilər isə 15,5 mln. manat olub.

Qeyd edək ki, ötən ilin analoji dövründə Azərbaycandakı banklar 56 mln. manata yaxın zərər etmişdilər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR