Azərbaycandan Gürcüstana ixrac edilən tikinti materiallarının həcmində artım olub.
ONA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycandan bu ölkəyə 6 milyon 455 min ABŞ dolları dəyərində 113 kiloton 887 ton 600 kq sement ixrac edilib. Ötən ilin analoji dövründə isə 4 milyon 711 min 800 ABŞ dolları dəyərində 92 kiloton sement ixrac edilib.
Metal çubuqların ixracında da artım müşahidə olunub. Cari ilin yanvar-aprel ayları ərzində bu ölkəyə Azərbaycandan 3 milyon 458 min ABŞ dolları dəyərində 7 kiloton 324 ton metal çubuq ixrac edilib. Ötən ilin analoji dövründə isə bu 3 kiloton və ya 1 milyon 130 min ABŞ dolları az olub.