• İQTİSADİYYAT

    12:05 11 aprel 2019

Azərbaycandan kənarda xaricilərə verilən qrantın bankla köçürülməsi proseduru müəyyənləşib

Azərbaycan dövləti adından, habelə Azərbaycanın hüquqi və fiziki şəxsləri (Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi) tərəfindən xarici resipiyentlərə verilən qrant məbləğinin, həmçinin, qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə qrant müqaviləsinin (qərarın) icrası məqsədilə xarici resipiyentə verilən sub-qrant məbləğinin köçürülməsi proseduru müəyyənləşib.

ONA-nın məlumatına görə, Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na yeni bənd əlavə edib.

Qaydaya əsasən, belə köçürmələr qrant (sub-qrant) müqaviləsi (qərar) ilə birlikdə qrant haqqında qanunvericiliyə müvafiq olaraq qrant (sub-qrant) müqaviləsinin (qərarın) qeydə alınması (Azərbaycan dövləti adından verilən qrantlar istisna olmaqla) barədə sənəd təqdim edilməklə həyata keçiriləcək. Bununla da Azərbaycandan kənara bank hesablarından xarici valyutada köçürmə əməliyyatlarının növü artıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR