• İQTİSADİYYAT

    10:21 10 aprel 2019

Rusiyaya Azərbaycandan gələn miqrantların sayı 2 dəfədən çox azalıb

2012-2018-ci illər ərzində Azərbaycandan Rusiyaya miqrasiya edənlərin sayında 2 dəfədən çox azalma qeydə alınıb.

ONA-nın Rusiya Dövlət Xalq Təsərrüfatı Akademiyası və Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Xidmətinin dərc etdiyi aylıq icmala istinadən verdiyi məlumata görə, 2018-ci ildə Azərbaycandan Rusiyaya 8,7 min nəfər miqrasiya edib. Bu göstərici 2017-ci illə müqayisədə 1,1% çoxdur.

Ötən il Rusiyaya ən çox miqrasiya edənlər Tacikistan (31 min nəfər), Qazaxıstan (25,5 min nəfər), Ukrayna (14,8 min nəfər) və Ermənistandan (14,4 min nəfər) olub.

Ümumiyyətlə, 2018-ci ildə Rusiyaya MDB ölkələrindən miqrasiya edənlərin sayında 2017-ci illə müqayisədə 63,4% azalma qeydə alınıb. Miqrant axınında ən çox azalma Özbəkistan və Ukraynada olub, halbuki bu ölkələr əvvəllər Rusiyanın ən iri miqrasiya donorlar idi.

2018-ci il ərzində və 2019-cu ilin əvvəllərində Azərbaycan, Tacikistan və Özbəkistandan olan müvəqqəti miqrantların sayı sabit şəkildə artıb. 2017-ci illə müqayisədə 2018-ci ildə miqrantların sayının azalması Azərbaycan, Ermənistan və Türkmənistan istisna olmaqla, demək olar ki, bütün ölkələr üzrə müşahidə olunub.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR