• İQTİSADİYYAT

    12:29 3 may 2019

Azərbaycanın 2 349 qəsəbə və kəndində qazlaşdırma işləri tam başa çatdırılıb

“Azəriqaz” İstehsalat Birliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda, bildirdiyi haqlı iradların aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağlı geniş müşavirə keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə energetika nazirinin müavini Elnur Soltanov, Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin sədri Samir Axundov, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev və Birlik rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan “Azəriqaz”ın baş direktoru Ə. Hacıyev qeyd edib ki, 2009-2019-cu illər ərzində 2 349 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb: “Qazlaşma səviyyəsi 95,7%-ə çatıb. Ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 2,183 mln. keçib. Ötən dövr ərzində ümumilikdə uzunluğu 51 915 kilometrdən artıq müxtəlif diametrli daşıyıcı və məhəllə daxili qaz xətti çəkilib, 9 742 kilometrə yaxın boru xətti isə əsaslı təmir olunub”.

Emil

Teqlər:

SON XƏBƏRLƏR