• İQTİSADİYYAT

    14:31 15 aprel 2019

Azərbaycanın iki qurumu Dünya Su Şurasına üzv olub

Azərbaycanın iki qurumu Dünya Su Şurasına üzv qəbul olunub.

“Azərsu” ASC-dən ONA-ya verilən məlumata görə, bununla bağlı qərar Livanda keçirilən 7-ci Beyrut Beynəlxalq Su Həftəsi çərçivəsində təşkil olunan Dünya Su Şurası İdarə heyətinin 68-ci iclasında qəbul edilib. Azərbaycanı Dünya Su Şurasında həmçinin "Caspian Business Management and Consulting" və "Ekol Mühəndislik Xidmətləri" şirkətləri təmsil edəcək.

Tədbirdə çıxış edən ASCnin sədri Qorxmaz Hüseynov Azərbaycanda içməli su təchizatı və sanitariya xidmətləri barədə məlumat verib. O bildirib ki, “Azərsu” ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini təmin edir. Eyni zamanda, su və sanitariya sahəsində layihələndirmə və inşaat, işlərini həyata keçirir. 2013-cü ildən Dünya Su Şurasına üzv olan Səhmdar Cəmiyyət bu təşkilatla sıx əməkdaşlıq edir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR