• İQTİSADİYYAT

    11:04 28 aprel 2021

Azərbaycanın strateji valyuta ehtiyatları artacaq - Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 0,4% artaraq 50,1 mlrd. ABŞ dollarına çatacaq.

"APA-Economics"in AİB-in "Asian Development Outlook (ADO) 2021: Financing a Green and Inclusive Recovery" adlı yeni dərc olunmuş hesabatına istinadən verdiyi məlumata görə, sözügedən artım Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən aktivlərin ağıllı idarə edilməsi hesabına təmin olunacaq.

AİB-in 2022-ci il üçün olan proqnozuna əsasən isə, ölkənin strateji valyuta ehtiyatları bir qədər də artaraq 50,4 mlrd. dollar təşkil edəcək.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına əsasən (2021-ci ilin yanvarın 1-nə) Azərbaycanın strateji valyutan ehtiyatları illik 0,7% artaraq 49 933,7 mln. ABŞ dolları təşkil edib və ÜDM-in 117,2%-nə bərabər olub.

Xatırladaq ki, 29 yanvar faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanını strateji valyuta ehtiyatları yanvarda 0,3% artaraq 51,4 mlrd. dollara çatıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR