• İQTİSADİYYAT

    09:20 20 may 2019

Azərbaycanın beynəlxalq təşkilatlara üzvlük xərcləri azalıb

Keçən il Azərbaycanın beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlüklə əlaqədar xərcləri proqnozlaşdırılandan 16 milyon 756,9 min manat az olub.

ONA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Başqa sözlə, 2018-ci ildə 2017-ci illə müqayisədə bu sahədə xərclər 562 min manat artıq, yəni 207 milyon 895 min manat proqnozlaşdırılsa da, cəmi 191 milyon 138,1 min manat, yəni proqnozlaşdırılandan 8.1 faiz az vəsait xərclənib. Beləliklə, 2017-ci illə müqayisədə 2018-ci ildə Azərbaycanın beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlüklə əlaqədar xərcləri 7,8 faiz az olub. 2017-ci ildə bu sahəyə 207 milyon 333 min manat xərclənib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR