Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 6,1 mlrd. ABŞ dollarından çox idxal əməliyyatları həyata keçirib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycan ən çox İsveçrədən idxal edib. Bu ölkədən sonra isə əsas idxal Rusiya, Türkiyə və Çindən həyata keçirilib.
Qeyd edək ki, ötən il yanvar-iyul ayları ərzində İsveçrədən Azərbaycana 145 mln. dollar həcmində məhsul idxal edildiyi halda, bu il üçün bu rəqəm 8,2 dəfə artaraq 1,19 mlrd. dolları ötüb.
Cari ilin 7 ayı ərzində Azərbaycan 170-dən çox ölkə ilə 20,7 mlrd. dollardan çox ticarət mübadiləsi həyata keçirib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın idxalında əsas ölkələrin reytinqi:
# |
Ölkə |
İdxal, min dollar |
Ümumi idxala nisbətən, % |
1 |
İsveçrə |
1 190 470.39 |
14,12 |
2 |
Rusiya |
1 183 761.94 |
14,04 |
3 |
Türkiyə |
816 044.42 |
9,68 |
4 |
Çin |
727 079.14 |
8,62 |
5 |
ABŞ |
562 591.34 |
6,67 |
6 |
Almaniya |
406 084.65 |
4,82 |
7 |
Kanada |
392 056.00 |
4,65 |
8 |
İran |
316 451.96 |
3,75 |
9 |
Avstraliya |
294 176.69 |
3,49 |
10 |
Ukrayna |
258 989.17 |
3,07 |